RU

ERİS-nin üstünlükləri, xidmətləri və istifadəçilər üçün faydası

Bakı. Trend:

Məlum olduğu kimi, Elektron Rəqabət İnformasiya Sistemi (ERİS)Azərbaycan Respublikası Prezidentinin 09 iyul 2024-cü il tarixli133 nömrəli Fərmanına əsasən rəqabət və istehlakçılarınhüquqlarının qorunması sahələrində idarəetmənin təkmilləşdirilməsi,görülən işlərin səmərəliliyinin artırılması, habelə vahidinformasiya sistemi üzərindən xidmətlər göstərilməsini təmin etməkməqsədilə yaradılıb.

Trend xəbər verir ki, ERİSvasitəsilə ölkə ərazisində yaşayan bütün vətəndaşlar, hüquqi vəfiziki şəxslər, xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslərüçün rəqabət, eləcə də istehlakçıların hüquqlarının müdafiəsisahələrində bir sıra elektron xidmətlər təklif olunur ki, buxidmətlərin göstərilməsi müvafiq sahələrdə effektivliyinartırılması, istifadəçi məmnunluğuna nail olunması, şəffaflıq vəoperativliyin təmin edilməsinə hədəflənib.

“Elektron Rəqabət İnformasiya Sistemi rəqabət vəistehlakçı hüquqlarının müdafiəsi ilə əlaqədar elektron xidmətlərinvahid sistem üzərindən təqdim edilməsini təminedəcək”.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətininfəaliyyət istiqamətlərini əhatə edən xidmətlər, xüsusilə rəqabət vəistehlakçı hüquqlarının qorunması üzrə müraciətlərin ERİS üzərindənqəbulu nəzərdə tutulur. Sistemdə həmçinin müraciətlərin emalı,onlara əlavə edilməli olan sənəd və ya məlumatların real vaxtrejimində digər dövlət qurumlarından sorğu əsasında əldə olunması,həmin müraciətlərə dair qərarların və məlumatların elektron qaydadatəqdim edilməsi planlaşdırılır. Bir sözlə, ERİS rəqabət vəistehlakçı hüquqları sahəsində tənzimləmə və nəzarətin həyatakeçirilməsi ilə bağlı proseslərin rəqəmsallaşdırılmasını təminetməklə qeyd olunan sahələrdə məlumatların əlçatanlığınaəhəmiyyətli töhfə verəcək.

Bu xüsusda Elektron Rəqabət Portalı (https://e-reqabet.gov.az/home)vasitəsilə müraciətlərin qəbulu və cari statusunun izlənilməsimümkün olacaq. Həmçinin Portal üzərindən təbii inhisar subyektləri,təmərküzləşmə əməliyyatları və antidempinq üzrə müraciətlərinqəbulu həyata keçiriləcəkdir.

“Rəqabət Məcəlləsi ilə müəyyən edilmiş hərəkətlərədair təbii inhisar subyektləri tərəfindən rəqabət orqanındanrazılıq alınması üçün müraciətin edilməsi və müraciətə baxılmasıprosesinin elektronlaşdırılması nəzərdə tutulub”.

Məlum olduğu kimi, cari ilin 1 iyul tarixindən qüvvəyə minmişAzərbaycan Respublikasının Rəqabət Məcəlləsində təbii inhisarsubyektlərinin razılıq almalı olduğu hərəkətlər müəyyən edilib. Buhərəkətlərə müştərilərə münasibətdə tətbiq edilən hüquqi aktlarınvə müqavilələrin rəqabət qanunvericiliyinə uyğunluğu, əsasvəsaitlər üzrə mülkiyyət və ya istifadə hüququnun əldə edilməsi,mülkiyyət və ya istifadə hüququnun digər təsərrüfat subyektlərinəkeçməsi, təbii inhisar fəaliyyət sahələrinə aid edilməyən sahələrəinvestisiyaların ayrılması və ya yeni fəaliyyət sahələrinəbaşlanılması və digər hərəkətlər aiddir.

Məcəlləyə əsasən, təbii inhisar subyektləri həmin hərəkətlərinedilməsinə razılıq almaq üçün rəqabət orqanına, yəni Antiinhisar vəİstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etməlidirlər.Bu məqsədlə Elektron Rəqabət Portalında “Təbii inhisarsubyektlərinin hərəkətlərinə dair müraciət” elektron moduluyaradılıb. Sözügedən modul təbii inhisar subyektləri tərəfindənrazılıq alınmalı hərəkətlər üzrə müraciətlər zamanı tələb olunansənəd və məlumatların təqdim edilməsi prosesini sadələşdirməkləvaxta və resurslara qənaət edilməsinə zəmin yaradacaq. Bundanəlavə, razılıq hərəkətləri üzrə bütün proseslərin elektron qaydadahəyata keçirilməsi şəffaflığın və səmərəliliyin artırılmasını təminedəcəkdir.

“ERİS bazar iştirakçılarının rəqabətə dair statistikməlumatlara daha asan çıxışını təmin etməklə rəqabət mühitihaqqında məlumatların maneəsiz əldə olunması və təhlil edilməsinəimkan yaradacaq”.

Elektron Rəqabət Portalında həmçinin iqtisadi təmərküzləşmələrüzrə müraciətlərin edilməsi və qiymətləndirilməsinə dairnəticələrin elektron formada təmin olunması da nəzərdə tutulub. Buməqsədlə Portala “Birləşmə və səhmlərin alqı-satqısına dairmüraciət” elektron modulu daxil edilib. Sözügedən modul iqtisaditəmərküzləşmələr ilə əlaqədar müraciətlərin elektron qaydada DövlətXidmətinə təqdim edilməsi, həmçinin müvafiq təsərrüfat subyektlərihaqqında dövlət qurumlarında mövcud olan sənəd və məlumatların dahaçevik əldə olunması imkanını genişləndirəcək, beləliklə, rəqabəttəhlillərinin effektiv qaydada aparılmasına şərait yaradacaq. Beləki, rəqabət təhlilləri bazara giriş maneələri, hökmran mövqedənsui-istifadə halları, təmərküzləşmə səviyyəsinin müəyyən edilməsivə qarşısının alınması istiqamətində tədbirlərin görülməsində vacibaddımdır. Bu baxımdan iqtisadiyyatın müxtəlif sahələrində baş tutantəmərküzləşmələrin rəqabəti məhdudlaşdıran və ya məhdudlaşdırabiləcək nəticələrə gətirib-gətirməyəcəyinin müəyyənləşdirilməsimühüm rola malikdir.

Təmərküzləşmələr zamanı sənəd mübadiləsinin elektron formadahəyata keçirilməsi istifadəçilər üçün xidmət prosesləriniasanlaşdıracaq, təsərrüfat subyektləri ilə dövlət qurumlarıarasında baş tutan kargüzarlıq əməliyyatlarının sayını azaldacaq,dövlət qurumları arasında sürətli məlumat mübadiləsini təmin edəcəkvə müvafiq işlərin icrası zamanı effektivliyi artıracaqdır.

“ERİS vasitəsilə biznesin bazarda rəqabətüstünlüyünü təmin edən və səmərəliliyi artıran istehlakçıməmnunluğunun əldə olunmasına nail olunacaq”.

İstehlakçı hüquqları istiqamətində daxil olmuş müraciətlərindaha çevik şəkildə araşdırılması məqsədilə Elektron RəqabətPortalına daxil edilən “İstehlakçı hüquqlarının qorunması” moduluözündə bir sıra vacib funksional həlləri ehtiva edir. Sözügedənmodulun istifadəyə verilməsi istehlakçı hüquqlarının pozulmasıhallarının preventiv şəkildə qarşısının alınması, şikayətlərinoperativ qeydiyyatı və həllinə yönəlmiş tədbirlərin icrasını ehtivaedir. Bu baxımdan istehlakçıların aldadılması, onların hüquqlarınıməhdudlaşdıran şərtlərin müqavilələrə daxil edilməsi, qüsurlumalların qaytarılması və dəyişdirilməsi və digər hallarla bağlıvətəndaş müraciətlərinin araşdırılması zamanı yetərli əsaslarolduqda qanunamüvafiq tədbirlərin görülməsi və obyektiv qərarlarınverilməsi prosesləri asanlaşacaq.

Nəticə etibarilə, Elektron Rəqabət Portalında yaradılan həlləristehlakçı müraciətlərinin emalını optimallaşdıracaq, o cümlədənpozuntu hallarının çevik şəkildə qarşısının alınmasına vəistehlakçı inamının artırılmasına şərait yaradacaq.

Избранный
27
6
az.trend.az

7Источники