RU

Ukrayna və Aİ uçuşların bərpasına dair danışıqlar aparır

"Ukrayna bir ildir ki, Avropa aviasiya orqanları və aviadaşıyıcıları ilə hava nəqliyatının bərpası ilə bağlı danışıqlar aparır".

Teleqraf.com xəbər verir ki, bunu "Marsh McLennan" sığorta şirkətinin baş tərəfdaşı Krispin Ellison Reuters-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Kiyev 2025-ci ildə Lvov vilayətinin nadir hallarda hücuma məruz qalan qərb hissəsində hava limanı açmağı planlaşdırır.

"Əgər tənzimləyicilər yenidən açılmasının təhlükəsiz olduğuna razılaşarsa və siyasi qərar verilərsə, sığorta sənayesi bərpa səylərini dəstəkləməyə hazırdır" - Ellison deyib.

O qeyd edib ki, Ukrayna və Avropa aviadaşıyıcıları bunda maraqlıdırlar.


Müəllif: Arzu
Избранный
47
teleqraf.com

1Источники