RU

Joelintonun evi il ərzində ikinci dəfə qarət edildi

“Nyukasl”ın braziliyalı mərkəz yarımmüdafiəçisi Joelintonun evi cari il ərzində ikinci dəfə naməlum şəxlər tərəfindən qarət edilib.

Arena.az bu barədə jurnalist Keyt Douniyə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, oğurluq zamanı braziliyalı futbolçu və onun ailəsi evdə olmayıblar. Bundan əvvəl cinayətkarlar cari ilin yanvarında Joelintonun evinə soxularaq, soyğunçuluq ediblər.

Hazırda polis cinayətkarların izlərini axtarır. Hadisənin digər təfərrüatı açıqlanmır. “Nyukasl” ehtiyat edir ki, “sağsağanlar”ın əsas ulduzu “İngiltərə qonaqpərvərliyi”ndən təngə gələrək, klubdan ayrılmaq fikrinə düşə bilər. Belə ki, Joelintonun öz ailəsinin təhlükəsizliyi ilə bağlı çox qayğılı olduğu vurğulanır.

Joelinton “Sport Resife” klubunun yetirməsidir. Buradan Avropaya – “Hoffenhaym”a keçmiş braziliyalı yarımmüdafiəçi ardınca Vyana “Rapid”ində icarə əsasında çıxış edib. Daha sonra “Nyukasl” 44 milyon avro məbləğ müqabilində Joelintonu “Hoffenhaym”dan öz heyətinə qatıb.

Braziliyalı futbolçunun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Joelinton “sağsağanlar”ın heyətində bütün yarışlarda 14 oyuna çıxıb, 2 qol vurub

Joelinton “Nyukasl”ın heyətində çıxışının ümumi mənzərəsi 198 oyub, 27 qol və 15 məhsudlar ötürmədən ibarətdir.

Xatırladaq ki, braziliyalı futbolçu 2021/2022-ci illər mövsümündə “Nyukasl”da ilin oyunçusu seçilib.

Joelinton 2023-cü ilin iyununda debüt etdiyi Braziliya millisinin heyətində 5 oyun kçeirib, 1 qol vurub.

“Transfermarkt” internet-portalı 28 yaşlı braziliyalı mərkəz yarımmüdafiəçisi Joelintonun transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.

Избранный
47
arena.az

1Источники