Söhbət basketbol, voleybol və digər idman növlərində istifadə olunan ''challenge'' qaydasından gedir. Futbolda bunun adı Futbol Video Dəstəyi (FVS) olacaq. Kollina bununla bağlı Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) ilə müzakirələr apardıqlarını və artıq sınaqdan keçirdiklərini qeyd edib. Yeni sistemi VAR-a dəstək olaraq yox, VAR-a alternativ olaraq düşündüklərini qeyd edən Kollina baş məşqçilərin limitli sayda etiraz etmək haqqının olacağını və bunun da sayəsində oyunun tez-tez dayanmayacağını qeyd edib. Kollinanı dinləyək:
''Baş məşqçilərin oyun ərzində məsələn, iki dəfə etiraz haqqı olacaq. Onların narazı qaldıqları epizodda hakimin qərarı dəyişməsə, o zaman bir etiraz haqqını itirəcəklər. Bunun sayəsində etiraz haqqından çox diqqətli şəkildə yararlanmağa çalışacaqlar. Oyunun axarına mane olmayacaqlar. Bunun sayəsində həm də futbolçuların hakimlərə etirazı da azalacaq. Artıq bunu qadınlar arasında U-17 və U-20 dünya çempionatlarında sınaqdan keçirmişik. İFAB icazə verəcəyi təqdirdə gələn mövsümdən başqa turnirlərdə də sınaqdan keçirəcəyik''.
ƏLİ