RU

Ümumi təhsil müəssisələrində “Müasir metodik xidmətin təşkili” layihəsi çərçivəsində metodistlik fəaliyyətləri davam edir

Ümumi təhsil müəssisələrində “Müasir metodik xidmətin təşkili” layihəsi çərçivəsində davam edən metodistlik fəaliyyəti əvvəlcədən hazırlanmış plan əsasında həyata keçirilir. Bununla əlaqədar 2024-cü ilin noyabr ayında ümumi təhsil müəssisələrində növbəti fəaliyyət olaraq metodik görüşlər təşkil edilib. Görüşlər ümumi təhsil müəssisələrində fəaliyyət göstərən metodistlər və pedaqoji heyətin birgə əməkdaşlığı ilə həyata keçirilib.

Metodik görüşün əsas məqsədi müəllimlərin peşəkar inkişafının yüksəldilməsi istiqamətində onlar üçün səmərəli dəstəkləyici və öyrədici mühitin yaradılması və onların əməkdaşlığının təmin olunması, müəyyənləşdirilmiş təlim ehtiyaclarının təhlili və bu istiqamətdə müzakirələrin aparılması, əks-əlaqənin yaradılması nəticəsində fəaliyyətlərinin dəyərləndirilməsidir. Metodiki görüşlərdə müəllimlərlə tədris prosesində yeni metodların tətbiqi, ibtidai təhsildə müəllimlərin peşəkar inkişafı və müasir yanaşmaların tətbiqi və s. mövzulara dair müzakirələr aparılıb, həmin mövzularla bağlı metodistlər tərəfindən tövsiyələr verilib.

Qeyd edək ki, metodiki görüşlərin müzakirə mövzuları müşahidə olunan dərslərin nəticələrinə əsasən müəyyən edilir. Müəllimlər həyata keçirilən bu kimi fəaliyyətlər istiqamətində yüksək motivasiya ilə əməkdaşlıq edir, bu da onların fəaliyyətində özlərinə inamın yüksəlməsinə səbəb olur.

“Müasir metodik xidmətin təşkili” layihəsi çərçivəsində həyata keçirilən fəaliyyətlər ümumi təhsil müəssisələrinin inkişafına və şagirdlərin gələcəyinə töhfələrini verməkdədir.

Избранный
46
tehsil.biz

1Источники