ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın kürəkəni Kuşner yeni administrasiyanın Yaxın Şərqdəki səylərində əsas rol oynayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
Qeyd edilib ki, Kuşner çətin ki, rəsmi vəzifə tutsun, lakin Trampın regiondakı siyasətində “əsas fiqur” olacaq.
Bildirilib ki, Ağ Evin gələcək rəhbərinin kürəkəni Yaxın Şərqin bir çox liderləri ilə yaxşı münasibətlər saxlayır və Kuşnerin də regionda maliyyə maraqları var.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта