ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp seçki kampaniyasının kommunikasiya direktoru olmuş Stiven Çunqa vəzifə verib. SİA CNN-ə istinadən xəbər verir ki, Çunq Ağ Evin kommunikasiyalar üzrə direktoru təyin edilib. Məlumata görə, Tramp noyabrın 15-də həmçinin Prezidentin Kadrlar İdarəsinə də direktor təyin edib. O, bu vəzifəyə Sergio Qoru gətirib. “Stiven Çunq və Sergio Qor 2016-cı ildəki ilk prezidentlik kampaniyam zamanı da etibarlı məsləhətçilər olub və 2024-cü ildəki tarixi qələbəmizə qədər həmişə "Birinci ABŞ" şüarını müdafiə ediblər. Mən çox şadam ki, onlar Ağ Evə gəlirlər. Beləliklə, biz Amerikanı yenidən möhtəşəm edəcəyik!” - nəşr Trampın sözlərindən sitat gətirib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта