RU

15 dəqiqəlik idmanla 4-5 saatlıq elektrik...- Kiyevdə 80 yaşlı təqaüdçünün ixtirası

Qış ərəfəsində ukraynalılar ənənəvi olaraq elektrik enerjisinin mümkün uzun müddətli kəsilmələrinə hazırlaşırlar. Və təcrübələrini bir-biri ilə bölüşürlər.
 
Moderator.az  xəbər verir ki, bu barədə "TSN" müxbiri Yelena Loskun hekayəsində bəhs edilir.
 
Velo-generator - Aleksandr Klimenkonun ixtirası...
 
Demək olar ki, 80 yaşında olan Aleksandr Klimenko bütün gücü ilə pedallara basır. Adam öz  quraşdırdığı velogenerator sayəsində avtonom olub. Onun işləmə prinsipi sadədir: kalori yandırırsız - işığı yandırırsız.  15 dəqiqəlik bədən tərbiyəsi və evin 4-5 saatlıq elektrik cərəyanıyla təminatına zəmanət verilir.
 
Möcüzə cihaz ixtiraçıya demək olar ki, üç min yarım qrivenə başa gəlib. Həyat yoldaşı Lidiya da enerjiyə qənaət edən bədən tərbiyəsinin faydalarını artıq hiss edib. Ona görə ki, tanışları əvvəlki işıq kəsilmələri vaxtı elektriksiz oturarkən o,  nə edəcəyini bilmirdi.  Üstəlik, onun şəxsi həyətində günəş panelləri və yel dəyirmanı da var...
 
S.Laçın
Избранный
62
moderator.az

1Источники