RU

Tramp məşhur qəzeti məhkəməyə verir - 10 milyardlıq tələb

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp “The New York Times” (NYT) qəzetini məhkəməyə verir.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Columbia Journalism Review" (CJR) məlumat yayıb.

Trampın vəkili Endryu Paltsik nəşrin redaktorları ilə əlaqə saxlayıb, siyasətçini tənqid etdiyinə görə 10 milyard dollar məbləğində təzminat tələb edib.

Vəkil qəzeti “siyasi opponentlərə qarşı sənaye miqyasında böhtan atmaqda” və ABŞ Demokratik Partiyasına işləməkdə ittiham edib.


Müəllif: Arzu
Избранный
30
teleqraf.com

1Источники