RU

Azərbaycanda özəl aeroport tikiləcək – Yeni hava limanının iqtisadi ƏHƏMİYYƏTİ

Xəbər verdiyimiz kimi, “Silk Way Group” şirkətlər qrupu COP29 çərçivəsində Ələt Azad İqtisadi Zonasında yeni hava limanı inşa edəcək.

Yeni yük hava limanı 18 təyyarə dayanacağı, 4000 metrlik uçuş-enmə zolağı, taksi yolları, hava hərəkəti idarəetmə mərkəzi, yanacaq, yanğınsöndürmə xidmətləri və digər əlaqəli obyektləri əhatə edəcək.

Bəs, tikintisi 2026-cı ildə başa çatacaq bu hava limanının ölkəmiz üçün iqtisadi əhəmiyyəti nədən ibarət olacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Xalid Kərimlinin fikrincə, Ələt İqtisadi Zonası bir neçə il öncə yaradılıb və burada infrastruktur işləri yekunlaşıb. Bu zonaya əsasən, gəmilər yan alır:

"Orada  Ələt limanı var. Əlavə yük terminalının formalaşdırılması yükdaşımalara müsbət təsir göstərəcək. Yəqin ki, AZAL-ın indiki bazası “Silk Way”ə yetərli deyil. Ona görə də şirkət yükdaşıma üçün əlavə Ələt Azad İqtisadi zonasından da istifadə etməyi düşünür. Düşünülür ki, Ələt Azad Zonasına çox sayda xarici rezidentlər investisiya qoyacaqlar. Zavod, fabrik açacaqlar. Buna görə də orda təkcə dəmiryol, quru yol daşınmasına yox, həm də hava yükü daşınmasına tələbat artacaq. Ona görə də hökumət indidən prosesə hazırlaşmaq istəyir. Görünür, “Silk Way” də burada daşımaçıdır və işlər ona həvalə edilib”.

İqtisadçı Natiq Cəfərli isə bu hava limanının yalnız yükdaşımalara aid olduğunu vurğulayıb:

“Bu hava limanı Ələt İqtisadi Zonasındakı yükdaşımalara aiddir. Dünyada elə növ mallar və məhsullar var ki, onların təyyarə ilə daşınması rentabellidir. Məhz bu səbəbdən də onların təyyarə ilə daşınması məsələsi önə çıxa bilər”.

Rəna Cumaqızı, Bizim.Media

Избранный
66
34
bizim.media

10Источники