RU

Londonda Qlobal Maqnistki mükafatı təqdim olunub

Noyabrın 15-də Böyük Britanıyanın paytaxtı Londonda keçirilən təntənəli mərasimdə professor  Qubad İbadoğlunun qızı Jalə Bayramova Sergey Maqnitski adına  Qlobal İnsan Haqları Mükafatına layiq görülüb. O, atasının  adından vəkilliyinə görə “Görkəmli Gənc Hüquq Müdafiəçisi” mükafatı ilə təltif edilib. Gənc hüquq müdafiəçisi Jalə Bayramova Qlobal Maqnistki Mükafatına layıq görülən ilk azərbaycanlıdır.

Laureatlar arasında rusiyalı mərhum müxalif siyasətçi Aleksey Navalnının xanımı Yuliya Navalnaya da var. Yuliya Navalnaya mükafatı azad və demokratik Rusiya üçün missiyanın irəliləyişində göstərdiyi dözümlülüyünə görə “Alov altındakı cəsarət” kateqoriyası üzrə alıb.

ABŞ senatoru Benjamin Cardin ABŞ-ın Qlobal Maqnitski İnsan Hüquqları Hesabatlılığı Aktının qəbul edilməsində mühüm roluna görə “İnsan Hüquqları Müdafiəçisi Ömürlük Nailiyyət” kateqoriyası üzrə bu mükafata layiq görülüb.

Maria Korina Maçado Venesuelada demokratik islahatların  uğrunda cəsarətli mübarizəsinə görə “Görkəmli Siyasi Müxalifət Xadimi” kateqoriyası üzrə  mükafata layiq görülüb.

Brandon Silver Qlobal Maqnitski  mükafatını  siyasi məhbusları azad etmək və bütün dünyada girovların xilasını dəstəkləmək üçün apardığı sarsılmaz mübarizəyə görə alıb.

Zəhra Coya təhlükəli şəraitdə əfqan qadınlarının hekayələri haqqında cəsarətli reportajlarına görə “Görkəmli Jurnalist Mükafatına” layiq görülüb.

Maqnitski mükafatı 2015-ci ildə “Hermitage Capital” fondunun rəhbəri Uilyam Brauder tərəfindən təsis edilib. Qlobal Maqnitski Mükafatı hər il cəsarətli jurnalistlər, siyasətçilər və hüquq müdafiəçilərinə verilir.

Избранный
39
50
turan.az

10Источники