Almaniya kansleri Olaf Şolts Almaniyada keçiriləcək seçkilərdə ictimai rəyi dəyişmək üçün Rusiya prezidenti Vladimir Putinə zəng edib...
Poliqon xəbər verir ki, bu iddia ilə Bolqarıstanın “Pogled İnfo” portalına müsahibəsində İsrail kəşfiyyat xidmətinin keçmiş rəhbəri, politoloq Yakov Kedmi çıxış edib.
Kedmi hesab edir ki, Şolts ölkəsindəki hökumət böhranı zamanı küncə sıxışdırılıb. Ekspertin fikrincə, Şoltsun partiyası seçkilərdə məğlub ola bilər və bu, siyasətçinin özünün də karyerasına son qoyacaq.
“Seçki kampaniyasına hansısa şəkildə təsir etmək üçünŞolts Putinə zəng etmək qərarına gəlib” deyə Kedmi iddia edib.
Ötən gün alman politoloqu Tomas Yaqer demişdi ki, Şolz danışıqlar çərçivəsində Rusiya prezidenti Vladimir Putinə heç nə təklif edə bilməyib.
Qeyd edək ki, noyabrın 15-də Putin və Şolts, demək olar ki, iki ildən sonra ilk telefon danışığını keçiriblər və bu zaman onlar Ukraynadakı münaqişənin həlli imkanlarını müzakirə ediblər.
Poliqon.info