RU

Azərbaycan COP29-a hazırlıqlar zamanı qərəzli və əsassız ittihamlarla üzləşib - Sahibə Qafarova

Bakı. Trend:

Hazırlıqlar üçün digər ölkələrlə müqayisədə daha az vaxtolmasına baxmayaraq – cəmi 11 ay – COP29 Azərbaycan Sədrliyi bütünmaraqlı tərəfləri cəlb etmək, onların ehtiyaclarını dinləmək vəgözləntilərini anlamaq üçün çox böyük işlər görüb.

Trend xəbər verir ki, bunuMilli Məclisin sədri Sahibə Qafarova Bakıda COP29 çərçivəsindəParlamentlərarası İttifaq və Azərbaycan Milli Məclisinin birgətəşkilatçılığı ilə Parlament Görüşündə deyib.

"Amma qeyd etməliyəm ki, təəssüf ki, bu hazırlıqlar zamanıölkəmiz bəzi dövlətlər və media platformaları tərəfindən qərəzli vəəsassız ittihamlarla, ikili standartlarla, dezinformasiyakampaniyaları ilə üzləşib.

Bu fəaliyyətlərdə az sayda milli parlamentlər vəparlamentlərarası təşkilatlar da öz acınacaqlı rolunuoynayıblar.

Aydındır ki, bəziləri ümumi çağırışlar qarşısında dialoqun,əməkdaşlığın və həmrəyliyin gücünü unudurlar. Digər tərəfdən, onlarhələ də başa düşmürlər ki, kritik əhəmiyyətinə görə iqlimdəyişikliyi məsələsi onların dar maraqlarını və siyasi motivliambisiyalarını nümayiş etdirmək üçün platforma ola bilməz.

Bu xoşagəlməz hallara baxmayaraq, COP29 uğurla işə salınıb vəbütün maraqlı tərəflərin cəlb edilməsi ilə öz işini davam etdirir",- o qeyd edib.

Qeyd edək ki, Bakıda COP29 çərçivəsində Parlamentlərarasıİttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı iləParlament Görüşü öz işinə başlayıb. Tədbirdə Parlamentlərarasıİttifaqın vitse-prezidenti, Milli Məclisin deputatı SevilMikayılova iştirak edir.

İki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirakedir.

Parlament Görüşündə keçiriləcək sessiyalarda İqlimdəyişmələrinin real təsirləri, iqlim öhdəliklərinin reallığaçevrilməsi üçün təsirlərin azaldılması ilə bağlı iddialıtədbirlərin artırılmasında və milli səviyyədə müəyyən edilmiştöhfələrin həyata keçirilməsində parlamentlərin rolu, iqlimmaliyyələşdirilməsinin qlobal arxitekturasının inkişafı, iqlimdəyişmələrinə qarşı dayanıqlılığın artırılması, bu sahəyəhərtərəfli və ədalətli yanaşmanın təşviqi, İqlim dəyişmələri iləmübarizə aparmaq və ədalətli çıxışı təmin etmək məqsədilətexnologiyadan istifadə, dəyişən iqlim şəraitində sağlamlıq və qidatəhlükəsizliyi səyləri, insan yerdəyişməsinin və iqlimdəyişmələrinin idarə edilməsi və digər mövzularda müzakirələraparılacaq, yekun sənəd qəbul ediləcək.

Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsidə nəzərdə tutulur.

Избранный
17
8
az.trend.az

7Источники