Türkiyədə daha bir qadın öldürülüb.
News24.az xəbər verir ki, mebel ustası olduğu öyrənilən Hüsamettin Göktaş (40) boşanma prosesində olduğu və bir müddət ayrı yaşadığı Aslıhan Göktaş (32) ilə yol kənarındakı dağlıq əraziyə gedib.
Burada arvadının başına t*pança dayayan Hüsaməddin Göktaş tətiyi çəkib və bədbəxt qadın qanlar içində yerə yıxılıb. Daha sonra həmin şəxs eyni silahla başına atəş a*ıb və yerə yıxılıb.
Qeyd edək ki, silah səslərini eşidənlərin xəbəri üzərinə hadisə yerinə polis və sağlamlıq qrupları sövq edilib.
Həkim qrupları tərəfindən aparılan yoxlama zamanı Hüsaməddin Göktaş və Aslıhan Göktaşın həyatını itirdiyi müəyyən edilib.
Günel Məlikzadə