RU

İkardi məhkəməyə gəlmədi

style='margin-bottom:10px;'>

"Qalatasaray"ın futbolçusu Mauro İkardi keçmiş həyat yoldaşı Vanda Naranın cinsi zorakılıq ittihamı ilə ona qarşı qaldırdığı məhkəmə iddiası ilə bağlı iclasa qatılmayıb.

QOL.az xəbər verir ki, bu barədə Vanda Naranın vəkili Ana Rosenfeld Argentina mətbuatına açıqlamasında danışıb. 

O deyib: "İkardinin məhkəmənin təxirə salınması haqda tələbi rədd edildi. Məhkəmədə baş verən hadisələrə aydınlıq gəldi. Naranın yaşadıqları heç də xoşagələn deyildi. Məhkəmənin detalları mediadan gizli tutulur".

Rosenfeld İkardinin Türkiyədə yaşadığını xatırladaraq bu sözləri əlavə edib: "Bu məhkəmə ölkə kənarına çıxa bilər. Türk dilini öyrənmək məcburiyyətində qalacağam". 

Vanda Naranın güclü bir qadın olduğunu vurğulayan Rosenfeld şikayətlərindən imtina etməyəcəklərini bildirib. O qeyd edib ki, bu mövzü sadəcə 2 günlük bir məsələ deyil, aylardır davam edən prosesdir. 

Argentina televiziyalarından birinə açıqlama verən Mauro İkardi isə keçmiş həyat yoldaşının ittihamlarını cavabsız qoymayıb: 

"Bunların hamısı Vanda Naranın şişirtməsidir. Mən heç bir şiddət göstərməmişəm. Bura mənim evimdir və mənim hüquqlarım var. Vanda hər şeyi mediaya yansıdır və bunu şəxsi mənafeyi üçün edir. O, mesajlarımı sağa-sola yaydı və məni bütün medianın qarşısında axmaq vəziyyətdə qoydu. Bu da psixoloji şiddətdir". 

Избранный
1
3
teleqraf.com

4Источники