RU

Almaniya klubu “X”-dən getdi: Maska görə

Almaniya 1-ci Futbol Liqası Bundesliqa komandası "Sankt Pauli" "Twitter" kimi tanınan "X" sosial şəbəkəsini nümayişkaranə şəkildə tərk edib.

"Cebheinfo.az”a xəbər verir ki, "Sankt Pauli" 250 min izləyicisi olan “X”-dən çəkildiyini açıqlayıb. 

Bundesliqa təmsilçisi buna səbəb kimi X-i “nifrət maşınına” çevirməkdə ittiham etdiyi sahibi İlon Maskın siyasətini göstərib:

“Mask "Twitter"-i ələ keçirəndən bəri onu nifrət maşınına çevirib. İrqçilik və sui-qəsd nəzəriyyələri nəzarətsiz yayılır və hətta kurasiya olunur. Təhqir və hədələr nadir hallarda cəzalandırılır və söz azadlığı kimi qəbul edilir”.

Qeyd edək ki, bu yaxınlarda Britaniyanın dünyaca məşhur media qurumu “The Guardian” “X” platformasında paylaşım etməməyə qərarına gəldiyini açıqlamışdı.

Избранный
33
cebheinfo.az

1Источники