RU

Bakıda COP29 çərçivəsində Parlament Görüşü keçirilir

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində noyabrın 16-da Bakıda Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Parlament Görüşü keçirilir.

AZƏRTAC xəbər verir ki, 66 ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker olmaqla, 160-dan çox parlament üzvü iştirak edir.

Parlament Görüşündə keçiriləcək sessiyalarda “İqlim dəyişmələrinin real təsirləri”, “İqlim öhdəliklərinin reallığa çevrilməsi üçün təsirlərin azaldılması ilə bağlı iddialı tədbirlərin artırılmasında və milli səviyyədə müəyyən edilmiş töhfələrin həyata keçirilməsində parlamentlərin rolu”, “İqlim maliyyələşdirilməsinin qlobal arxitekturasının inkişafı”, “İqlim dəyişmələrinə qarşı dayanıqlılığın artırılması, bu sahəyə hərtərəfli və ədalətli yanaşmanın təşviqi”, “İqlim dəyişmələri ilə mübarizə aparmaq və ədalətli çıxışı təmin etmək məqsədilə texnologiyadan istifadə”, “Dəyişən iqlim şəraitində sağlamlıq və qida təhlükəsizliyi səyləri”, “İnsan yerdəyişməsinin və iqlim dəyişmələrinin idarə edilməsi” və digər mövzularda müzakirələr aparılacaq, yekun sənəd qəbul ediləcək.

Избранный
17
49
yeniazerbaycan.com

10Источники