RU

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının İcraçı katibi: Yaşana bilən dünya uğrunda mübarizədə konkret fəaliyyətə keçilməlidir

İqlim dəyişikliyi problemi dünyada bütün insanlar üçün əsas aktual narahatlıqdır.

APA xəbər verir ki, bunu COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə keçirilən Parlament Görüşündə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının İcraçı katibi Saymon Stil deyib.

Saymon Stil bildirib ki, parlamentlər vətəndaşların həyatını dəyişdirən konkret addımları dəstəkləyə bilər: “Yaşana bilən dünya uğrunda mübarizədə konkret fəaliyyətə keçilməlidir. İqlimlə bağlı fəaliyyət lazım olandan çox geri qalır. Biz bilirik ki, planet 2,6 ilə 3,1 dərəcə artım arasında bir yerdədir. Bəşəriyyətə məlum olan ən pis fəlakətdən qaçmaq istəyiriksə, 1,5 dərəcə artımla məhdudlaşma hədəfindən çox uzağıq. Biz Beril, Milton və Helene kimi qasırğalardan tutmuş, müşahidə olunan daşqınlara və ya Həcc zamanı şahidi olduğumuz kimi isti dalğalara qədər bütün dünyada getdikcə şiddətlənən fəlakətlər görürük. Əgər indi olduğumuz yerlə olmalı olduğumuz yer arasındakı məsafəni bağlamasaq, bu, daha da pisləşəcək. Daha çox fəaliyyət göstərməyə kömək edən planlara ehtiyacımız var. Biz insanlara daha da irəli getməyə imkan verən siyasətlərə ehtiyac duyuruq. Həm də bilirik ki, tək ambisiya kifayət etməyəcək. İcra boşluğunu aradan qaldırmalıyıq”.

Избранный
0
50
apa.az

10Источники