RU

Parlamentlərarası İttifaqın prezidenti: Problemlərin həlli davamlı siyasi iradənin olmasından keçir

Biz burada inklüzivlik və tərəfdaşlıq ruhunda iqlim böhranının öhdəsindən gəlməliyik.
APA xəbər verir ki, bunu COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə keçirilən Parlament Görüşündə Tanzaniya Birləşmiş Respublikası Milli Assambleyasının sədri, Parlamentlərarası İttifaqın (PAİ) prezidenti Tulia Akson deyib.

PAİ prezidenti qeyd edib ki, beynəlxalq dialoq gücləndirilməlidir: “Əslində iqlim dəyişməsi həyatımızın bütün aspektlərinə təsir göstərir. Biz çalışmalıyıq ki, bütün planetin sağlamlığını qoruyaq. Problemlərin həlli yaxşı qanunvericilik deyil, davamlı siyasi iradənin olmasından keçir. Biz çalışmalıyıq ki, milli siyasətləri qlobal iqlim tədbirləri ilə uyğunlaşdıraq. Milli səviyyədə parlamentlərin rolunu gücləndirmək olduqca vacibdir. İqlim dəyişiklikləri böhran həddinə çatıb. Dünyanın müxtəlif regionlarında meşə yanğınları, infrastrukturun dağıdılması, təbii fəlakətlərə gətirib çıxarıb və nəticədə 30 milyona yaxın insan məcburi köçkünə çevrilib”.
Избранный
39
1
sherg.az

2Источники