RU

AZAL və CarbonClick aviasiyada karbon emissiyalarının azaldılması yollarını müzakirə ediblər

Bakıda “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin prezidenti Samir Rzayevlə “CarbonClick” şirkətinin baş direktoru Deyv Rouz arasında görüş keçirilib. AZAL-ın mətbuat xidməti xəbər verir ki, tədbir zamanı tərəfdaşlar karbon emissiyalarının azaldılmasının vacibliyini bir daha vurğuladılar.

Danışıqlar zamanı təşkilatların rəhbərləri yeni əməkdaşlığın perspektivlərini və karbon qazı emissiyalarının azaldılmasına və ekoloji cəhətdən təmiz uçuşların təmin edilməsinə yönəlmiş birgə təşəbbüslərin inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.

İkitərəfli görüş zamanı Samir Rzayev planetin qorunması və davamlı gələcəyin yaradılmasına töhfə vermək üçün CarbonClick ilə tərəfdaşlığın əhəmiyyətini vurğulayıb. O, əməkdaşlığın sərnişinlərə səyahətlərinin ekoloji izlərini asanlıqla və şəffaf şəkildə azaltmağa imkan verəcəyindən məmnunluğunu ifadə edib.

Öz növbəsində Deyv Rouz qeyd edib ki, əməkdaşlığın əsas məqsədi qlobal istiləşmə ilə mübarizədə konkret addımlar atmaq və iqlim dəyişikliyinin mənfi nəticələrindən azad dünyada həyat üçün şərait yaratmaqdır. Onun sözlərinə görə, AZAL ilə əməkdaşlıq sərnişinlərə prosesi sadə, şəffaf və etibarlı etməklə, uçuşların ətraf mühitə təsirini azaltmağa imkan verir.

Qeyd edək ki, oktyabrın əvvəlindən AZAL sərnişinlərə uçuşlar zamanı buraxılan karbon qazını kompensasiya etməyə imkan verən proqrama başlayıb. Bu könüllü təşəbbüs aviabiletlərin alınması prosesinə inteqrasiya olunub. Proqram çərçivəsində AZAL sərnişinləri bir sıra ölkələrdə ekoloji layihələrə dəstək verə və bununla da səyahətlərinin ətraf mühitə təsirinin azaldılmasına töhfə verə bilərlər.

AZAL və CarbonClick-in birgə fəaliyyəti karbon izlərini azaltmaq və dayanıqlı səyahətləri təşviq etmək üçün imkanlar yaradır, eyni zamanda sərnişinlərə ətraf mühitin mühafizəsi təşəbbüslərində daha fəal iştirak etməyə imkan verir.

Almaz Həsənli

Избранный
34
oxumeni.az

1Источники