RU

COP for Hope: Azərbaycan mənim üçün xoş bir kəşf oldu - Taino qəbiləsinin nümayəndəsi

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlıxüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi iləmübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkərəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm vəekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkanyaradır.

Budəfəki müsahibimiz Dominikan RespublikasınınKiskeya adasından olan Taino qəbiləsinin nümayəndəsi, Kanada ƏtrafMühit Müdafiəsi təşkilatının üzvü Keri Eşley KaqmenRodriqesdir.

O, Trend-əmüsahibəsində bildirib ki, dünyanın bir çox yerində müxtəlifqadınlarla tanış olmaq fürsətim olub. Lakin Azərbaycanda insanlarlagörüşüm xüsusi oldu.

“Bakıya ilk dəfə gəlmişəm. Şəhərin memarlığına və insanlarınmehribanlığına heyran qaldım. Bakı texnoloji və inkişaf etmiş birşəhərdir. Burada hər şey yüksək səviyyədə təşkil olunub. Şəhər mənəbir az Nyu-Yorku xatırlatdı.

Azərbaycan mənim üçün xoş bir kəşf oldu! Bir neçə gün öncəQusarda oldum və Azərbaycanın kənd yerlərindəki insanların həyattərzi ilə tanış oldum. İndi isə Bakıda, müxtəlif ölkə və xalqlarınliderlərinin və nümayəndələrinin bir araya gəldiyi yerdəyəm. Bu,bizim üçün, xüsusilə ekoloji və iqlim problemlərinin həllinə töhfəvermək istəyən qadınlar üçün əla bir təcrübədir.

Mən 13 yaşından etibarən aktiv həyat mövqeyinə sahibəm, qadınliderəm və iqlim və siyasi sahədə digər qadın liderlərlə çalışıram.Qadınlara tövsiyəm budur: əldə etdikləri uğurlarlakifayətlənməsinlər.

Bu, bizim ortaq dünyamızdır və onu birlikdə qorumalıyıq.Dünyanın hər yerində təşkilatları, resursları olan qadınlar, birçox imkanlar, kollektivlər və icmalar mövcuddur. Bu tədbirdə bütünqadınları həmrəyliyə və iqlim və ekoloji problemlərin həlli naminəsəylər göstərməyə çağırıram”, - deyə K.Rodriqes qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
5
az.trend.az

1Источники