RU

BMT: ''İsrail Qəzzadan 21 min xəstənin yalnız dörddə birinin təxliyəsinə icazə verdi''

Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrailin 2023-cü ilin oktyabr ayından bəri Qəzzadan 21 min xəstənin yalnız dörddə birinin təxliyəsinə icazə verdiyini açıqlayıb. BMT-nin sözçüsü Stefan Dujarrik keçirdiyi gündəlik mətbuat konfransında jurnalistlərə açıqlama verib.

Stefan Dujarrik Ümumdünya Səhiyyə Təşkilatının və digər tərəfdaş təşkilatların 13 noyabr tarixində 8 uşaq və onlara müşayiət edən şəxslərin tibbi təxliyəsini həyata keçirdiklərini bildirib. O, uşaqların İordaniyaya aparıldığını və burada xüsusi müalicə aldıqdan sonra ABŞ-a göndəriləcəyini açıqlayıb.

BMT sözçüsü 2023-cü ilin oktyabrından bəri İsrailin Qəzzadan 21 min xəstənin yalnız dörddə birinin təxliyəsinə icazə verdiyini qeyd edərək, xüsusi müalicəyə ehtiyacı olan insanların təhlükəsiz və vaxtında təxliyə olunması üçün "təxliyə dəhlizləri"nin yaradılmasının vacibliyini vurğulayıb.



Избранный
2
trt.net.tr

1Источники