Türkiyənin İstanbul şəhərində Almaniyanın beynəlxalq axtarışa verdiyi Daniel Sobot İadlı saxlanılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.
Nazir qeyd edib ki, həmin şəxs hüquq-mühafizə orqanlarının keçirdikləri “KUYU-39” əməliyyatı nəticəsində ələ keçirilib.
Onun narkotik maddələrin alqı-satqısını həyata keçirdiyinə görə beynəlxalq axtarışa verildiyi vurğulanıb.