RU

Hakan Fidan Trampdan vədlərinə əməl etməsini istədi: "Bu məsələdə heç vaxt kompromis olmayacaq"

Türkiyənin xarici işlər naziri Hakan Fidan gündəmlə bağlı açıqlamalar verib.

Sitat.info xəbər verir ki, H. Fidan ABŞ seçkilərindən sonra Türkiyə-ABŞ münasibətlərindən danışıb. O, terrorla mübarizədə heç vaxt kompromis olmayacağını bildirib.

  "Anlamalı olduğumuz situasiyalar var, etməli olduğumuz ev tapşırıqları var. Amerikalıların üzərinə qoymalı olduğumuz məsələlər var. Bu prosesi yaxşı idarə etməliyik".

Fidan prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla münasibətlərinin yaxşı olduğunu bildirib.

Terrorla mübarizədə qətiyyət
Terrorla mübarizədə qətiyyətli olduğunu vurğulayan Hakan Fidan,  ABŞ-ın terror təşkilatı YPG/PKK-ya dəstəyinə də toxunub:  "Təhlükə aradan qalxana qədər mübarizəmizi davam etdirəcəyik. Nəticədə müttəfiqlər və bölgədəki digər dövlətlər ciddiliyimizi anladılar".

İsrailin Qəzzada törətdiyi qətliam da xarici işlər naziri Hakan Fidanın gündəmində olub: "Ümid edirik ki, Tramp komandasına, Amerika xalqına və dünyaya verdiyi “müharibə başlatmayacağam, qarşısını alacağam” sözünün üstündə durar və xüsusilə Fələstin coğrafiyasını bu məsələnin bir parçası kimi nəzərə alar”.

Fidan Suriya ilə normallaşma prosesi haqqında da məlumat verib: "Bir nömrəli məsələ iradənin bəyan edilməsidir. Prezidentimiz iradəsini açıq şəkildə bəyan etdiyi üçün demokratik ölkə rəhbərinin açıqlaması önəmlidir. Problem ondadır ki, həmsöhbətlərimiz anlamaqda çətinlik çəkir".

Məğrur,

Sitat.info

Избранный
9
50
sitat.info

10Источники