RU

Xarici ölkələrin Baş prokurorları Suraxanıdakı “Eko park”da ağac əkiblər

COP29 çərçivəsində “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər edilməsi”nə həsr olunmuş yüksək səviyyəli sessiyadan əvvəl Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən Bülbülə gölünün yanında yeni salınmış “Eko park”da Baş prokuror Kamran Əliyevin, İNTERPOL-un rəhbərinin, eləcə də 15 ölkənin, o cümlədən Türkiyə, Moldova və Monqolustanın baş prokurorları və digər yüksək vəzifəli şəxslər də daxil olmaqla, 90 nəfərin iştirakı ilə 200 ədəd xatirə ağacı əkilib. Bununla həmin parkda, ümumilikdə, əkilən ağacların sayı 1700-ə çatdırılıb.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Ekoloji şəraitin yaxşılaşdırılmasına yönəlmiş parkın salınması Baş prokurorun təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə simvolik olaraq ağacların əkini ilə başlayıb və iyunun 24-də Xankəndi şəhərində keçirilmiş elmi-praktiki konfransda təsis edilən ECOLEAD (Ətraf mühitin gücləndirilməsi: maarifləndirmə və hüquq mahfizə tədbirləri) platformasının tərkib hissəsidir.

Bu ağacəkmə tədbiri sayca 5-ci layihədir və bununla Bakı şəhərinin müxtəlif rayonlarında əkilmiş ağacların sayı 2500-ə çatıb.

Избранный
33
6
xalqqazeti.az

7Источники