RU

DÇ-2026: Uruqvay millisi çətin qələbə ilə 2-ci sıraya yüksəldi

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2026) Cənubi Amerika üzrə seçmə mərhələsində 11-ci tura yekun vurulub.

Arena.az xəbər verir ki, turun sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Beş qolun qeydə alındığı Uruqvay – Kolumbiya matçında meydan sahibləri çətin qələbəyə seviniblər. Uruqvay yığması bu qələbə sayəsində turnir cədvəlinin ikinci pilləsinə yüksəlib.

Günün digər oyunu iki autsayder – Peru və Çili yığmaları arasında baş tutub. Bu görüşdə qalib müəyyənləşməyib. Komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Qeyd edək ki, 2026-cı ildə keçiriləcək dünya çempionatının Cənubi Amerika üzrə seçmə mərhələsində 10 komanda iştirak edir. Birinci və altıncı yerləri tutacaq yığmalar birbaşa final mərhələsinə vəsiqə qazanacaq. Turnir 2025-ci ilin sentyabrında başa çatacaq. Yeddinci yerdə olan komanda qitələrarası pley-offda çıxış edəcək. Burada həmçinin KONKAKAF zonasından iki, Asiya, Afrika və Okeaniyadan isə bir komanda iştirak edəcək. Onlar dünya çempionatına son iki vəsiqənin sahibini müəyyənləşdirəcəklər.

Dünya çempionatı 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək. Tarixdə ilk dəfə olaraq DÇ-də 48 komanda çıxış edəcək.

DÇ-2026-nın seçmə mərhələsi
11-ci tur
16 noyabr

Uruqvay – Kolumbiya 3:2
Qollar: D.Sançes, 57-öz qapısına. Aqirre, 60. Uqarte, 90+11 – Kintero, 31. A.Qomes, 90+6.

Peru – Çili 0:0

Xallar: Argentina – 22. Uruqvay – 19. Kolumbiya – 19. Braziliya – 17. Ekvador – 16. Paraqvay – 16. Boliviya – 12. Venesuela – 12. Peru – 7. Çili – 6.

Избранный
39
arena.az

1Источники