RU

"First Abu Dhabi Bank": "KOB-lara iqlim keçidində dəstək olmağa çalışırıq

Maliyyə sektoru kiçik və orta biznesin iqlim məqsədlərinə çatmasına dəstək ola bilər.

"Report" xəbər verir ki, bunu "First Abu Dhabi Bank"ın icraçı vitse-prezidenti Şargil Başir COP29 çərçivəsində təşkil olunmuş “İqlim Dəyişikliyinə Dayanıqlı Kiçik Orta Bizneslər” adlı tədbirdə bildirib.

"Bu il KOB-lara 1 milyard ABŞ dolları kredit ayırmışıq. Amma bank olaraq edə biləcəyimiz çox şey var. Biz COP28-in tərəfdaşı olmuşuq. Proqramlar vasitəsilə KOB-ların iqlim fəaliyyəti haqqında məlumatlılığını artırmağa, davamlılıq üçün öz biznes imkanlarını qurmağa, onlara keçid prosesində dəstək olmağa çalışırıq", - deyə o qeyd edib.

Избранный
56
report.az

1Источники