Böyük Britaniyanın sabiq baş naziri Boris Conson Almaniya kansleri Olaf Şoltsun Vladimir Putinə zəng etməsini sərt tənqid edib.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Conson işğalçı dövlətlə bu cür təslimçi əlaqələri uitancverici adlandırıb.
Onun fikrincə, belə danışıqlar “gerçəkliyin utanc verici təhrifidir”. Conson “Ukraynanın mövqeyinin genişmiqyaslı və sürətlə gücləndirilməsini” təklif edib: "Biz Rusiya və Ukraynanı daxili münaqişənin bərabərhüquqlu iştirakçıları kimi qəbul edən dəhşətli Franko-Alman “Normandiya format”na qayıtmaq riski ilə üzləşirik".
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski də Şoltsu Putinə zəng etdiyi üçün tənqid edib və Ukarynanın növbəti “Minsk-3” sazişinə getməyəcəyini deyib.
“AzPolitika.info”