RU

SOCAR Bolqarıstanın Ruse vilayətində sosial istehlakçılara birbaşa qaz tədarükünə başlayıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "M-Gaz" şirkəti ilə birgə Bolqarıstanın Ruse vilayətində sosial istehlakçılara birbaşa təbii qazın tədarükünə başlayıb.
Oxu.Az bu barədə SOCAR-a istinadən xəbər verir.
Bildirilib ki, SOCAR, "M-Gaz" və Ruse bələdiyyəsinin birgə həyata keçirdiyi və SOCAR-ın lazımi həcmdə təbii qaz tədarük etməyi öhdəsinə götürdüyü "hibrid qazlaşdırma" pilot layihəsinin əsas benefisiarı Ruse bələdiyyəsinin Nikolovo kəndində yerləşən "St. St. Cyril and Methodius" ibtidai məktəbidir.
Məktəbdə sıxılmış təbii qaz (CNG) qurğusunun tikintisinin başa çatması münasibətilə təşkil olunan mərasimdə SOCAR-ın Balkan ölkələri üzrə regional ofisinin rəhbəri Murad Heydərov, Ruse şəhərinin meri Penço Milkov və "M-Gaz" şirkətinin baş icraçı direktoru Stoyan Manolov iştirak ediblər.
Bu, SOCAR ilə "M-Gaz" şirkəti arasında 21 iyun 2024-cü il tarixində Bolqarıstanda sənaye müəssisələrinə təbii qaz tədarükünə başlanılması ilə əsası qoyulan uğurlu tərəfdaşlığın davamıdır.
Yaxın bir neçə ayda Ruse vilayətində daha 10 məktəb və uşaq bağçasının SOCAR-dan təbii qaz alması planlaşdırılır. Bu layihə Rusedə karbon emissiyalarını və enerji xərclərini azaltmağa kömək edəcək.
Ölkənin qaz istehlakının 50%-ni təchiz edən SOCAR Bolqarıstanın qaz bazarında iştirakını genişləndirərək daxili paylama sektorunda təxminən 7,5% paya sahib olmağı hədəfləyir.
SOCAR bu ölkənin bir sıra bələdiyyələrində iqlimə daha uyğun təbii qazın tədarükünü həyata keçirməklə tədricən ənənəvi enerji mənbələrindən (mazut, linyit, dizel) imtina edilməsi, Bolqarıstanın iqlimin qorunması strategiyasının həyata keçirilməsi və karbon emissiyalarının azaldılması istiqamətlərindəki səylərinə töhfə verir.
Избранный
7
13
oxu.az

10Источники