RU

İqlim problemləri ilə mübarizədə süni intellektin rolu müzakirə edilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) altıncı günündə Yaşıl Zonada "Süni intellekt və inkişaf edən texnologiyalar: İnnovasiyalar vasitəsi ilə dayanıqlı gələcəyin təmin olunması" adlı tədbir keçirilib.
Oxu.Az xəbər verir ki, tədbirdə çıxışçılar iqlim problemləri ilə mübarizədə və qlobal dayanıqlılığın artırılmasında süni intellektin və inkişaf etməkdə olan texnologiyaların transformativ rolu haqqında danışıblar.
Qeyd olunub ki, texnologiyalar bizneslərin, hökumətlərin və fərdlərin məsuliyyətli resurs idarəçiliyinə yanaşma tərzini yenidən formalaşdırdığı bir vaxtda müzakirələr resurs səmərəliliyini artırmaq, tullantıları minimuma endirmək və aşağı karbonlu iqtisadiyyata keçidi sürətləndirmək baxımından süni intellektin misilsiz potensialına yönəldiləcək.
Xanım Aydın
Избранный
17
oxu.az

1Источники