Trampın ən etibarlı adamı İranla danışıqlara başlayıb
Donald Tramp hökumətində nazir vəzifəsini tutacağı gözlənilən məşhur milyarder İlon Mask İranın BMT-dəki səfiri ilə görüşüb.
Reyting.az “New York Times” qəzetinə istinadla bildirir ki, görüşdə İran və ABŞ arasında gərginliyin azaldılmasına dair fikir mübadiləsi aparılıb.
İran rəsmilərindən biri deyib ki, görüş tələbi İ. Maskdan gəlib və görüş yeri səfir tərəfindən müəyyən edilib.
Analitiklər bu təmasın maraqlı olduğunu bildiriblər, çünki seçki kampaniyası Tramp anti-İran bəyanatları ilə yadda qalıb. Lakin son təmas göstərir ki, Tramp İranla müharibə etmək niyyətində deyil.