RU

"Bütün transsərhəd əməkdaşlıqlar məhv edilir" - Belarus XİN rəhbəri

"Belarusun Avropa İttifaqı ilə sərhəddə normal əməkdaşlıq şərtlərinə qayıtması vacibdir". 

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu Minskdə keçirilən qeyri-qanuni miqrasiyaya qarşı mübarizə üzrə beynəlxalq konfransda çıxış edən Belarusun xarici işlər naziri Maksim Rıjenkov deyib.

Onun sözlərinə görə, Belarusun qonşuları Aİ qarşısında öz dəyərini artırmaq üçün Avropanın forpostu kimi görünməyə çalışırlar:

"Avropa İttifaqı ilə sərhəddə normal əməkdaşlıq şərtlərinə qayıtmaq bizim üçün vacibdir. Əgər qonşu ölkələr bunu həll edə bilmirsə və siyasi, iqtisadi, hər hansı dividendlər qazana bilmirlərsə, bu halda klassik Avropa lazımdır. Belarusda miqrasiya siyasətinin sərtləşməsi səbəbindən tərəfdaş dövlətlərlə münasibətlər pisləşir, ölkə böyük xərclər çəkir. Biz bir çox dövlətlərlə hava nəqliyyatını tamamilə bağlamışıq. Çünki bu reyslərlə bizə qeyri-qanuni miqrantlar gətirilir".

Nazir vurğulayıb ki, qeyri-qanuni miqrasiya problemlərini həll etmək üçün Avropa İttifaqı ya bu insanların qaçdığı ölkələrlə işləməli, ya da Belarusla əməkdaşlıq etməlidir.

Gülşən Şərif

Избранный
21
bakivaxti.az

1Источники