RU

COP29 restoranlara necə təsir edib? - AYDINLIQ GƏTİRİLDİ

Məlumdur ki, Məlumdur ki, Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) davam edir. Noyabrın 11-də start götürən tədbirdə dünyanın təxminən 190-dan çox ölkəsini 75 mindən çox nümayəndə təmsil edir. Bəs, turistlərin ölkəmizə gəlməsi ictimai iaşə obyektlərindəki qiymətlərə necə təsir edib? Qiymətlərdə artım, yoxsa azalma müşahidə olunur? SİA mövzu ilə bağlı DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndinin fikirlərini öyrənib.

Samir Dübəndinin sözlərinə görə, beynəlxalq təcrübə onu göstərir ki, irimiqyaslı, mötəbər tədbirlərin keçirildiyi destinasiyalarda xidmət sahəsinin qiymətlərində artım müşahidə olur: “Xüsusilə mərkəzi ərazilərdə çalışan yerləşdirmə vasitələri, restoranlar, kafelər və digər xidmət sahəsinin subyeklərində qiymət artımı baş verir”.

Samir Dübəndi “Bəs, Cop-29 yekunlaşdıqdan sonra necə? Qiymətlər artacaq, yoxsa azalacaq?” sualını isə belə cavablandırıb: “Adətən qiymətlər tədbirlərdən sonra normaya qayıdır”.

Ayşən Vəli

Избранный
41
sia.az

1Источники