Məşhur rusiyalı kinorejissor, ssenarist Aleksandr Pankratov vəfat edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Kinematoqrafçılar İttifaqı öz saytında məlumat verib.
“Dostumuz və həmkarımız, Rusiya Kinematoqrafçılar İttifaqının üzvü, Rusiyanın Əməkdar artisti, bədii film rejissoru, kino operatoru Aleksandr Andreyeviç Pankratov 79 yaşında dünyasını dəyişib”, – deyə məlumatda bildirilib.
Ölümün səbəbləri açıqlanmayıb.
Qeyd edək ki, Pankratov 1968-ci ildə S.A.Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin Operatorluq fakültəsini bitirib. 1974-cü ilə qədər sənədli televiziya filmlərində operator işləyib. 1979-cu ildə “Mosfilm”in rejissoru olub. Onun işləri arasında “Rəssamın arvadının portreti”, “Köhnə ruhda hiylələr”, “Avtostopla səyahət” və s. yer alır.