Bakının Yasamal rayonu Zahid Xəlilov 54 ünvanında yerləşən 5 mərtəbəli yataqxana qəzalı vəziyyətdədir.
Modern.az İTV-yə istinadən xəbər verir ki, binada 95 ailə yaşayır. İstismar müddətini bitirmiş bu yataqxanada yaşayan sakinlər binanın təhlükəli vəziyyətdə olduğunu bildirir, şəraitsizliyindən gileylənirlər.
60-dan çox yaşı olan binanın tavan hissəsindəki beton parçalar qopub tökülür, sanitar qovşaqları istifadəyə yaramır, elektrik naqilləri də təhlükə saçır.
Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, hazırda paytaxtda 1100 qəzalı bina var: “Sözügedən binaların inventarisasiyası və bu binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı artıq komissiya fəaliyyətə başlayıb. Binaların bir çoxu da mərhələli şəkildə sökülür”.
Qəzalı vəziyyətdə olan həmin binadan hazırlanan süjeti təqdim edirik: