"Real"ın və Braziliya millisinin hücumçusu Vinisius Junior DÇ-2026-nın seçmə mərhələsində Venesuelaya qarşı keçirilmiş görüşdə baş hakim Andres Roxasın idarəçiliyindən narazılığını bildirib.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, 1:1 başa çatmış görüşün əvvəlində baş hakim Braziliya yığmasını əks-hücuma çıxmaq imkanından məhrum edib. Buna cavab olaraq Vinisius hakimin hərəkətindən narazılığını bildirib. Qarşılaşmanı yayımlayan kameralar futbolçunun portuqal dilində təhqiredici sözlərlə hakimdən narazılığını ifadə etdiyini lentə alıb.
Qeyd edək ki, Vinisius 62-ci dəqiqədə penaltini qola çevirə bilməyib.
Əliyar Ağayev A Liqasının oyununda
Millətlər Liqası: Azərbaycan Estoniyaya qarşı - YENİLƏNİR
Avropa nəhənglərinin nümayəndələri Bakıda
Türkiyə millisində daha bir itki
Fatih Terim Bakıda