RU

Ronaldo karyerasını nə zaman bitirir ? - Özü dedi

Portuqaliya millisinin forvardı Kristiano Ronaldo karyerasını nə vaxt başa vuracağı ilə bağlı suala şərh verib.

Day.Az Offsideplus.az-a istinadən xəbər verir ki, təcrübəli hücumçu UEFA Millətlər Liqasında Polşa ilə matçdan - dubl etdiyi qarşılaşmadan (5:1) sonra bunları söyləyib:

"Mən, sadəcə həzz almaq istəyirəm. Tezliklə 40 yaşım olacaq. Motivasiya hiss etdiyim müddətdə futboldan həzz almaq istəyirəm və oynamağa davam edəcəyəm. Motivasiya hiss etmədiyim gün karyeramı başa vurmağı düşüncəm".

Избранный
30
5
day.az

7Источники