Hurriyyet.az xəbər verir ki, "Ukrainskoye radio"ya müsahibə verən ölkə Prezidenti Vladimir Zelenski 2025-ci ildə müharibənin diplomatik yolla bitməsi üçün hər şeyi etmək lazım gəldiyini söyləyib.
Zelenski deyib: "Müharibənin gələn il diplomatik yollarla başa çatması üçün hər şeyi etməliyik. Biz bu mühüm aspektin üzərində işləməliyik. Ukraynalılar kiminlə savaşdıqlarını yaddan çıxarmamalıdırlar. Rusiyalılar üçün nə insanların, nə də texnikanın dəyəri yoxdur".
Hürr Tərcüman