RU

Zaxarovadan ABŞ demokratlarına Kennedi və Baydenlə bağlı MƏSLƏHƏT

ABŞ-ın Demokratlar Partiyasının senatorları iş adamı İlon Maskın Rusiya ilə əlaqələrini araşdırmaq əvəzinə Con Kennediyə sui-qəsdi, Co Bayden və ailəsinin adının hallandığı korrupsiya faktlarını araşdırmalıdırlar.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Telegram" kanalında yazıb.

Kennedi haqqında danışan diplomat vurğulayıb ki, yarım əsrdir ABŞ rəsmiləri guya məsələnin məğzindən məlumatsız olduqlarını iddia edirlər:

“Mən demokrat senatorlara öz partiyadaşları prezident Kennedinin, eləcə də onun ailə üzvlərinin başına gətirilənləri araşdırmağı tövsiyə etmək istərdim”.

Избранный
28
publika.az

1Источники