RU

İdmançılarımız virtual taekvondo üzrə ilk dünya çempionatında

Image

Sinqapurda virtual taekvondo üzrə ilk dünya çempionatına start verilib. Yarışda ölkəmizi məşqçi Etibar İbrahimovun rəhbərliyi altında 6 idmançı təmsil edir. Bu barədə baki-xeber.com-a Azərbaycan Taekvondo Federasiyasından bildirilib.  Komandamızın üzvləri “junior mixed” və “young adult” kateqoriyalarında qüvvələrini sınayacaqlar. Qeyd edək ki, son illərdə Beynəlxalq Olimpiya Komitəsi E-İdman sahəsinə diqqəti artıraraq idmanda son texnologiyalar və süni zəkanın istifadəsini təşviq edir. Bu məqsədlə Dünya Taekvondosu tərəfindən virtual taekvondo üzrə rəsmi yarışların keçirilməsi qərara alınıb.

Virtual taekvondo E-İdmana əsaslanan yeni konseptual idman növüdür. Yarışlar hərəkətlərin izlənməsi texnologiyasına əsaslanır. İdmançıların kürəyinə, ayaqlarına və qollarına xüsusi hərəkət tanıma sensorları quraşdırılır, gözlərinə isə virtual reallıq (VR) eynəkləri taxılır. Yarış tatami üzərində keçirilir və ekranda idmançının hərəkətlərini tam olaraq təkrarlayan virtual alter-eqo (avatar) göstərilir. Dünya çempionatına sabah yekun vurulacaq.

İradə SARIYEVA






Избранный
29
1
baki-xeber.com

2Источники