RU

Zaxarova ABŞ senatorlarına Baydenin korrupsiyasını araşdırmağı tövsiyə edib

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova amerikalı demokrat senatorların milyarder İlon Maskın Moskva ilə əlaqələrini araşdırmaq çağırışını şərh edib.

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, Zaxarova Demokratlar Partiyasının nümayəndələrini ABŞ-ın 35-ci prezidenti Con Kennedinin, eləcə də onun ailə üzvlərinə sui-qəsdin araşdırılmasına dəvət edib.

"Paralel olaraq, onlar digər partiya üzvlərinin və onun ailəsinin - Baydenin və onun Kiyev rejimi ilə terrorizmi himayə edən cinayət əlaqələrinin korrupsiyasını araşdırmağa başlaya bilərlər", -deyə Zaxarova qeyd edib.

Bizim.Media

Избранный
49
bizim.media

1Источники