RU

Azərbaycan Ordusu qəhrəmanlıq dastanı yazdı

Varis Rüstəmov,

Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri

2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə məğlubedilməz Azərbaycan Ordusu şanlı tarix yazdı. 44 günlük Vətən müharibəsində ordumuz 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi. Noyabrın 8-də Şuşanın, 9-da isə daha 70-dən artıq yaşayış məntəqəsinin və bir sıra hakim yüksəkliklərin azad olunmasından sonra işğalçı Ermənistan müharibəni davam etdirmək iqtidarında olmadığını anlayaraq “ağ bayraq” qaldırmışdır. Noyabrın 10-da Ermənistan kapitulyasiya aktınını imzalamaq məcburiyyətində qaldı məğlub tərəf kimi üzərinə bir sıra öhdəliklər götürən düşmən sonradan Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz respublikamıza təhvil verdi. 

Bu qələbə, həm də Azərbaycan xalqının torpaqların qaytarılması arzusundan irəli gəlirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müharibənin ilk günlərindən tarixi torpaqlarımızı, strateji ərazilərimizi və yüksəkliklərimizi işğaldan azad edən rəşadətli Azərbaycan Ordusu daha da ruhlanaraq 44 gün ərzində Qarabağ torpaqlarında mərdliklə vuruşaraq əsl qəhrəmanlıq dastanı yazdı.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev: “Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik.” 44 günlük müharibədə ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu. Azərbaycan Ordusu şəhidlərin qanını yerdə qoymadı.

10 noyabr 2020-ci il tarixili üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri Azərbaycan yüksək səviyyədə və vaxtında yerinə yetirərək qarşı tərəfdən də bu cür addımların atılmasını tələb edir. Çünki, hazırkı dövrün əsas çağırışı sülh müqaviləsinin imzalanması, həmçinin yeni əməkdaşlıq formatlarının yaradılması,kommunikasiyaların açılması və digər məsələlərdir. Ermənistan sülh müqaviləsini imzalamaq məsələsində tərəddüdlər içərisində olsa da, əminik ki, gec - tez sülh müqaviləsini imzalamağa məcbur olacaqdır.

Bu möhtəşəm qələbənin əldə olunmasında ən böyük amil Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının polad kimi möhkəm siyasi iradəsidir. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev hərbi, siyasi və diplomatik sahədə qələbələrimizin simvoluna çevrildi. Son 200 illik tariximizdə ilk dəfə torpaqlarımızı azad edən Müzəffər Sərkərdə oldu.

Избранный
29
yeniazerbaycan.com

1Источники