RU

Azərbaycanda enerji batareyası istehsalı müəssisəsi yaradılacaq - ANLAŞMA

Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) ölkəmizdə keçirilən COP29 çərçivəsində ölkənin yaşıl iqtisadiyyatının gücləndirilməsinə töhfə verən layihələrin həyata keçirilməsi məqsədilə xarici tərəfdaşlarla mühüm razılaşmalar imzalayıb.

MArja.az xəbər verir ki, AİŞ, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” və bp-nin törəmə şirkəti “Volts” ilə Anlaşma Memorandumu imzalayıb. 

Sənəd Azərbaycanda enerji batareyası istehsalı müəssisəsinin yaradılmasına dəstək verilməsini nəzərdə tutur. Bu təşəbbüs ölkənin təmiz enerjiyə keçidini gücləndirmək baxımından önəmli addımdır.

enerji batareyası
Избранный
9
marja.az

1Источники