RU

Kiloqramı 109 dollar: Dünyanın ən bahalı düyüsü

"Kinmemai Premium" markalı düyü dünyanın ən bahalı düyüsü kimi "Ginnesin Rekordlar Kitabı"na düşüb.

News24.az bu maraqlı bitki barədə məlumat verir.

Onun dəyəri hər kiloqram üçün 109 dollara çatır. İstehsalçısı Yaponiya şirkəti “Toyo Rice Corporation”dur. Eksklüziv düyü çeşidi xüsusi texnologidan istifadə edilərək beş növ çəltiyin calaq edilməsi nəticəsində alınıb.

“Kinmemai Premium” düyüsü adi düyüdən daha yüksək qida dəyəri ilə fərqlənir.

Tərkibində adi düyülərdən altı dəfə çox lipopolisakkarid (təbii immun sistemi gücləndirici), 1.8 dəfə çox lif və yeddi dəfə çox B1 vitamini var. Onun şirin qoz dadı, unikal ətri və kiçik brilyantlara bənzəyən parlaq dənəcikləri mövcuddur./lent.az

Избранный
23
news24.az

1Источники