Fələstinin “İslami Cihad” qruplaşması noyabrın 14-də İsrailin Dəməşqin qərb bölgələrinə endirdiyi hava zərbəsi zamanı iki komandirinin öldüyünü bildirib. Yeniavaz.com xəbər verir ki, bu barədə “Sky News Arabia” məlumat yayıb. Məlumata görə, hava hücumu nəticəsində bir neçə mülki şəxs də daxil olmaqla 20-dən çox insan həlak olub. Suriya paytaxtının qərbindəki Mezze prospektinə endirilən hava hücumundan əlavə, “İslami Cihad” hərbi bazasının yerləşdiyi Qudsay şəhəri ərtafına da raket zərbələri endirilib.