RU

Rusiyadan separatçı liderə dəstək: “Yanındayıq”

Rusiyanın bir sıra regionlarının, o cümlədən Şimali Qafqaz respublikaları və Krımın (Ukraynanın ilhaq edilmiş bölgəsi – red.) rəhbərləri Abxaziya “prezident”i Aslan Bjaniyanı dəstəkləyiblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Abxaziya liderinin mətbuat xidməti məlumat yayıb.

Bölgə rəhbərləri dəstək məqsədilə Bjaniyaya zəng edərək, onun yanında olduqlarını bildiriblər.

Bjaniya müxalifətin tələbi ilə istefa verməyə və növbədənkənar seçkilər elan etməyə razılaşıb. Abxaziya “parlament”i hakimiyyətlə müxalifət arasında danışıqlar platforması rolunu oynamağı öhdəsinə götürüb.

Bir neçə gündür Abxaziyada separatçı rejimə qarşı kütləvi etiraz aksiyası keçirilir. Buna Moskva ilə imzalanmış “İnvestisiya fəaliyyəti haqqında saziş”i ratifikasiya planı səbəb olub. Müxalifət qondarma qurumu sözügedən qanundan imtina etməyə çağırır.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
31
teleqraf.com

1Источники