RU

ŞOK: MSK SƏDRİNİN SİFƏTİ QARA "KRASKA"YA BOYANDI

Mərkəzi Seçki Komissiyasının iclası zamanı "Birlik – Milli Hərəkat”ın MSK-dakı nümayəndəsi

Davit Kirtadze MSK-nın sədri Giorgi Kalandarişvilini “qara ləkə" adlandırıb və üzərinə qara boya atıb. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, mübahisə Kirtadzenin seçkilərlə bağlı bəyanatından sonra yaranıb. Belə ki, o, Kalandarişvilini “Toçka Ru” adlandırıb və bundan sonra reqlamentdə nəzərdə tutulan müddət bitdiyinə görə onun mikrofonu söndürülüb. Kirtadze əvvəlcə Kalandarişviliyə üz tutaraq, çıxışını bitirmək üçün mikrofonu işə salmağı istəyib, sədr bundan imtina edib və buna səbəb kimi reqlamenti göstərib. Kirtadze Kalandarişviliyə "Sən qara ləkəsən” deyərək müxalifət nümayəndəsi ona qara boya atıb. Sözügedən bəyanatdan sonra Kirtadzenin mikrofonu söndürülüb və Kalandarişvili ona bildirib ki, onun bəyanatı gündəlikdəki məsələ ilə bağlı deyil.

Избранный
46
tezadlar.az

1Источники