Noyabrın 18-dən bir sıra marşrutların fəaliyyəti bərpa edilir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, bazar ertəsindən etibarən 4 və 10 nömrəli marşrutlar hərəkət sxemlərini bərpa ediləcək.
Agentlik mərhələli şəkildə digər müntəzəm marşrutlarının da fəaliyyətlərinin bərpa ediləcəyini qeyd edib.