RU

Sabah bir sıra banklar işləyəcək – SİYAHI

COP29 konfransının gündəliyinə əsasən 17 noyabr tarixinin istirahət günü olduğunu nəzərə alaraq tədbir iştirakçılarının zəruri maliyyə xidmətlərinə çıxışının təmin edilməsi məqsədilə həmin tarixdə Bakı şəhərinin mərkəzində və bir sıra regionlarda 18 bankın 84 xidmət nöqtəsi (o cümlədən, 5 bank üzrə 9 xidmət nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin 68 şöbəsi, eləcə də valyuta mübadiləsinə lisenziya almış valyuta mübadiləsi məntəqələri müştərilərə xidmət göstərəcək.

17 noyabr tarixində xidmət göstərəcək maliyyə institutlarının iş qrafiki ilə bağlı məlumatı aşağıdakı keçidlərdən əldə etmək mümkündür:

Banklar

“Azәrpoçt” MMC

Valyuta mübadilə məntəqələri

Həmçinin qeyd olunan tarixdə Mərkəzi Bankın 966 Qaynar xətti vətəndaşlara 09:00 – 17:00 saatları (13:00 – 14:00 fasilə) ərzində xidmət göstərməyə davam edəcək.

Избранный
18
27
fed.az

10Источники