RU

“Twitch” cərimələndi: 2 milyon…

Türkiyə Şəxsi Məlumatların Mühafizəsi Təşkilatı məlumat sızması səbəbilə “Twitch” sosial media platformasına 2 milyon lirə inzibati cərimə kəsib.

"Cebheinfo.az" xəbər verir ki, Şəxsi Məlumatların Mühafizəsi Təşkilatı (KVKK) “Twitch”də təxminən 125 GB məlumat sızması iddiaları ilə bağlı araşdırma başlatdı.

Araşdırma nəticəsində KVKK, məlumat nəzarətçisinin sistemdəki problemləri aradan qaldıracaq konfiqurasiyaların tətbiqində kifayət qədər diqqət göstərmədiyini və pozuntu baş verməzdən əvvəl görülməli olan təhlükəsizlik tədbirlərinin həyata keçirildikdən sonra alındığını, risklərin və təhdidlərin müəyyənləşdirilməsində yetərsiz olduğu müəyyən edilib.

Türkiyədə yaşayan 35 min 274 nəfərin pozuntudan təsirləndiyi müəyyən edilib.

KVKK “Twitch”i "şəxsi məlumatların qanunsuz işlənməsinin qarşısını almaq üçün lazımi səviyyədə təhlükəsizliyi təmin etməyin lazımi texniki və inzibati tədbirləri görmək öhdəliyinə zidd hərəkət etdiyinə" görə ümumilikdə 1 milyon 750 min lirə və məlumat vermədiyinə görə 250 min lirə olmaqla toplam 2 milyon lirə inzibati cərimə tətbiq edilməsinə qərar verilib.

Избранный
45
cebheinfo.az

1Источники